Tovuzda bıçaqlanma baş verib.
Lent.az-ın APA-ya istinasla məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
27 yaşlı rayon sakini N.Hüseynov bıçaq yarası ilə xəstəxanaya çatırlıb.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisə rayonda yerləşən şadlıq sarayların birində qeydə alınıb.
Hadisənin baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.