"Toplum TV" işi üzrə daha bir nəfər istintaqa dəvət olundu
27 aprel 2024 16:31 (UTC +04:00)

"Toplum TV" işi üzrə daha bir nəfər istintaqa dəvət olundu

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Toplum TV”nin əməkdaşı Cavid Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iştirakı ilə zəruri istintaq hərəkəti keçirilməsi üçün C.Ramazanov şahid qismində Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Oxşar yazılar