Texniki baxışdan yayınmaq üçün müxtəlif üsulara əl atan sürücülər - VİDEO
07 sentyabr 2023 12:47 (UTC +04:00)

Texniki baxışdan yayınmaq üçün müxtəlif üsulara əl atan sürücülər - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlum olub ki, həmin sürücülər qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirib və 01-BM-688 qeydiyyat nişanlı "Kamaz" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirib. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. 

Qeyd edək ki, bu kimi halların yol hərəkəti qaydaları əleyhinə olan inzibati, həmçinin cinayət xarakterli hüquqpozmaların qarşısının alınması və aşkarlanmasında, foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları ilə bağlı elektron qərarların çıxarılmasında ciddi çətinliklər yaratdığı, bununla yanaşı törədilmiş inzibati xətaya aidiyyəti olmayan şəxslərin haqlı narazılığına səbəb olduğu dəfələrlə qeyd edilsə də, təəssüf ki, hələ də məsuliyyətdən yayınmaq üçün belə uğursuz cəhdlər edən şəxslərə rast gəlinir.

Bütün bunları nəzərə alaraq, bir daha avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək bildiririk ki, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazidd əməldir və inzibati məsuliyyət yaradı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Arzu Qurbanlı

Oxşar yazılar