Tələbəni yeddinci mərtəbədən  atdı, ölmədi
27 fevral 2024 12:54 (UTC +04:00)

Tələbəni yeddinci mərtəbədən atdı, ölmədi

0

Rusiyanın Belqorod şəhər sakini Nigeriyadan olan 17 yaşlı tələbəni yeddinci mərtəbənin eyvanından atıb. Qız çoxsaylı xəsarətlər alsa da, sağ qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə fevralın 24-də Yunosti bulvarındakı yaşayış binasındakı mənzildə baş verib. Dağıstanlı 40 yaşlı kişi Belqorod Dövlət Milli Tədqiqat Universitetinin tələbəsini yeddinci mərtəbənin eyvanından ataraq öldürməyə cəhd edib.

Qız sağ qalıb, cinayətkar dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3782

Oxşar yazılar