Teleaparıcı   korrupsiyaya görə həbs olundu
24 aprel 2024 11:25 (UTC +04:00)

Teleaparıcı korrupsiyaya görə həbs olundu

Rusiyanın Krasnoyarsk diyarında teleaparıcı Maksim Qureviçə istedadlı uşaqların mükafatlandırma mərasiminin təşkili üçün büdcədən ayrılan 3,4 milyon rublu (təxminən 61 min 880 manat) oğurladığına görə cəza verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmənin müəyyən etdiyi kimi, o, 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral ayına kimi şəriki ilə birlikdə mədəniyyət və incəsənət sahəsində istedadlı uşaqlar üçün mərasimin təşkili və keçirilməsi üçün büdcədən ayrılan subsidiyanı oğurlayıb. Maksim Qureviç dələduzluqda təqsirli bilinib.

Məhkəmənin hökmü ilə o, üç il sınaq müddəti olmaqla, üç il yarım şərti azadlıqdan məhrum edilib. Aparıcı son sözündə təqsirini boynuna almayaraq, məhkəmədən onu azadlığından məhrum etməməyi xahiş edib.

İstintaqın məlumatına görə, 2021-ci ilin sonunda regional İdman Nazirliyi istedadlı uşaqların təhsil, idman, mədəniyyət və incəsənət sahəsində nailiyyətlərinə görə mükafatlandırma mərasiminin keçirilməsi üçün 5 milyon rubl (təxminən 91 min manat) ayırıb. “Open Hearts” qeyri-kommersiya təşkilatı pulu alıb.

Tədbirə hazırlıq işlərini “Modern Production” şirkətinin direktoru Qureviç və onun köməkçiləri həyata keçiriblər. Cavabdehlər qondarma müqavilələr tərtib edərək işlərin qiymətini şişirdiblər, hətta bəziləri tamamlanmayıb. Teleaparıcı 2023-cü ilin yanvarında həbs edilib.

# 9930
avatar

Oxşar yazılar