Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, meyit ötən gün Kür çayına düşən avtomobildə olanların axtarışları zamanı aşkarlanıb.
Axtarış-xilasetmə məqsədilə ilə Kür çayının Ortaçala SES yaxınlığında səviyyəsi azaldılıb. Nəticədə xilasedicilər SES-in yaxınlığında naməlum cəsəd aşkarlayıblar.
Tibbi ekspertiza nəticəsində cəsədin aprelin 1-də özünü Kürə ataraq intihar etdiyi bildirilən 21 yaşlı Aytac Məmmədovaya məxsus olduğu məlum olub.
Kürə düşən avtomobilin sərnişinlərinin axtarışları isə davam etdirilir.

Tbilisidə Kürə düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapıldı
0
0
0
0