Sumqayıt şəhər sakini olan 2 nəfər üzləşdikləri dələduzluqla bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan biri aldadılaraq 3500 manatının alınması, digəri isə onu aldadan şəxsin hesabına 4250 manat pul ödətdirdiyini bildirib.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən E.Bəşirov və S.Bağırlı müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.