Şokolad çubuğu yeyən 7 yaşlı qız boğulub öldü
01 noyabr 2024 17:10 (UTC +04:00)

Şokolad çubuğu yeyən 7 yaşlı qız boğulub öldü

Rusiyanın Moskva vilayətində azyaşlı qız şokolad çubuğunu yedikdən sonra boğularaq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Klin şəhəri yaxınlığında Zubovo kəndində baş verib.

Dərdən qayıdan 7 yaşlı məktəbliyə nənəsi şokolad çubuğu verib.

Digər otaqda olan 68 yaşlı az sonra nəvəsini huşsuz vəziyyətdə tapıb. Yaşlı qadın uşağın üzündən qan axdığını görüb. Təşvişə düşən nənə kömək üçün qonşusuna qaçsa da, uşağı həyata qaytara bilməyiblər. Həkimlər gələnə kimi qız yerindəcə keçinib.

İlkin versiyaya görə, şokolad azyaşlının tənəffüs yollarını bağlayıb və o, boğularaq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Oxşar yazılar