Son bir ayda narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 91 kq 821 qram narkоtik vasitə və 565 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 119 min 188 manat оlan qaçaqmal, о cümlədən qızıl-zinət əşyaları, tütün məmulatları və spirtli içkilər saxlanılıb.
Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.