Şəkidə itən qadın Bakıda tapıldı - YENİLƏNİB
24 iyul 2024 10:20 (UTC +04:00)

Şəkidə itən qadın Bakıda tapıldı - YENİLƏNİB

Şəkidə itkin düşən qadın Bakıda tapılıb.

Lent.az xəbər verir ki, iyulun 9-da itkin düşən Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Aygün Tahir qızı Abidova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib. 

***

12 iyul, saat 12:02

Şəkidə 29 yaşlı qadın itkin düşüb.

Lent.az xəbər verir ki, Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova Aygün Tahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. 

Sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub. 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Oxşar yazılar