Şəki-Zaqatala yolunda AĞIR QƏZA: ölən var
28 iyul 2025 18:57 (UTC +04:00)

Şəki-Zaqatala yolunda AĞIR QƏZA: ölən var

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. 

Digər nəqliyyat vasitəsində olanlar isə yaralanıb.

 Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8068

Oxşar yazılar