Universitetə qəbul olan şəhid anası - "Deputat olacam"
25 avqust 2026 13:36 (UTC +04:00)

Universitetə qəbul olan şəhid anası - "Deputat olacam"

0

Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq və tərəvəzçilik ixtisasına qəbul olub.

Bu barədə o, Lent.az-a açıqlamasında bildirib.

“Mən, Misir Ərəb Respublikasının vətəndaşı ilə ailə qurmuşam. Köçkünlük dövründə Ağdamdan Sumqayıta getməli olduq. Şəhid oğlum da orada dünyaya gəldi. O, yeddi-səkkiz aylıq olanda atasının işi ilə əlaqədar xaricə köçdük. Həmin müddətdə Qazaxıstanda ərəb dili tərcüməsi üzrə kollec oxudum, daha sonra Almatı şəhərində universitetə qəbul oldum.
 

Oğlum Xalid Hassan Vətən müharibəsində, 2020-ci ilin noyabrın 6-da şəhid olub. Ondan başqa bir övladım da var – Ömər. O da Fövqaladə Hallar Nazirliyinin əməkdaşıdır. Oğlum Xalid şəhid olandan sonra Prezident İlham Əliyevə müraciət edərək mənə Azərbaycan vətəndaşlığı verilməsini xahiş etdim. Artıq iki ildir ki, Azərbaycan vətəndaşıyam”.

Təhsilsiz olmağın, erkən yaşda ailə qurmağın çətinliyini bilirəm:

“Hazırda Ağdam rayonunda məcburi köçkünlər üçün tikilmiş müvəqqəti yaşayış qəsəbəsində, anamın evində yaşayıram. Universitetə qiyabi qəbul olmuşam. Sentyabrdan etibarən təhsilimə başlayacam. Bundan əvvəl də Ağdam Dövlət Sosial İqtisad Kollecinin aqronomluq ixtisasında təhsil almışam.

Mən, qadınlarımızın təhsilsiz qalmağının əleyhinəyəm. Qızlarımız oxumalıdır. Onlara cer-cehiz almaq yerinə sənəd vermək lazımdır. Bütün qızlar ali təhsilli olmasa belə, heç olmasa, əllərində sənədləri olmalıdır. Mən həyatın bütün üzünü görmüşəm. Qadınlarımızın təhsilsiz, eləcə də erkən yaşda ailə qurmasının əleyhinəyəm. Bunların hər ikisi başıma gəldiyi üçün çətinliyini bilirəm”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Xalid Hassanın Məryəm adında qızı var. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb və Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar