Şəki sakini şəxsi avtomobilini yandırdı
10 noyabr 2022 08:01 (UTC +04:00)

Şəki sakini şəxsi avtomobilini yandırdı

0

Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib.

1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus  “VAZ-2106” markalı, 27 BN 761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.  Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları  tam yanıb. 

Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2177

Oxşar yazılar