"Sədərək"də QƏZA:  Naməlum avtomobil kişini vurdu
30 avqust 2023 11:32 (UTC +04:00)

"Sədərək"də QƏZA: Naməlum avtomobil kişini vurdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Süleymanov Sahil Qabil oğlu 29 avqust 2023-cü il tarixində polisə müraciət edərək 25 avqust 2023-cü il tarixində naməlum avtomobilin qardaşı Süleymanov Samir Qabil oğlunu vurduğunu və nəticədə Respublika Kliniki Xəstəxanasında öldüyünü bildirib.

Hazırda faktla bağlı Qaradağ RPİ-də istintaq aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866

Oxşar yazılar