Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda onların vəziyyətlərinin normal oldugu bildirilir.
İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.
Faktla bağlı araşdırma aparılır.