Şamaxı rayonu Çuxuryurd kəndi ərazidində dərəyə yuvarlanan avtomobildə olan 75 yaşlı Mətləb Aslanov və 70 yaşlı Şövkət Aslanova ər-arvad olublar.
***
08:24
Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə düşüb və ağaca çırpılıb.
Lent.az xəbər verir ki, hadisə nəticəsində sürücü, 75 yaşlı Mətləb Aslanov və sərnişini, 70 yaşlı Şövkət Aslanova aldıqları xəsarətlərdən ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
00:03
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121” Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
23:03
Şamaxının Qızmeydan kəndi ərazisində “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1956-cı il təvəllüdlü Şövkət Aslanova hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.