Sabirabdda qəza:  Ölən   və yaralılar var
05 iyul 2022 01:47 (UTC +04:00)

Sabirabdda qəza: Ölən və yaralılar var

 

Sabirabadda baş verən qəzada 29 yaşlı kişi ölüb, 2 nəfər xəsarət alıb.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobildə olan Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Məmiyev Rüfət Təbiət oğlu hadisə yerində ölüb.

Digər iki nəfər - Sabirabad şəhər sakini, 2001-ci il təvəllüdlü Xəlilov Akif Elşən oğlu və Saatlı rayonunun Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Xəlilov Şükür Nihad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxnasına yerləşdirlib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1212
avatar

Oxşar yazılar