Sabirabadda ev, Bərdədə mağaza yandı
08 dekabr 2021 09:02 (UTC +04:00)

Sabirabadda ev, Bərdədə mağaza yandı

Sabirabad və Bərdədə yanğın hadisələri olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabirabad rayonunun Cavad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bərdə rayonunun Güloğlular kəndində isə ümumi sahəsi 400 m² olan bir dam altında tikilən ticarət obyektlərindən sahəsi 40 m² olan qarışıq mallar mağazasının və sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar