Ukraynalılar ruslar tərəfindən əsirlikdə necə dəhşətli işgəncələrə məruz qaldıqlarını söyləyiblər.
Qadınlardan birinə sinəsindən elektrik cərəyanı verilib.
Lent.az xarici mediyaya istinadən bildiri ki, qeyri-qanuni saxlanılan zərərçəkənlərin əksəriyyətinə bunun səbəbləri barədə heç bir məlumat verilməyib. Əvəzində döyülüb, hətta işgəncələrə məruz qalıblar. Xüsusilə işgəncə üçün elektrik cərəyanı və sudan istifadə edilib. Həmçinin qadınlar cinsi zorakılıqla hədələnib və zorla soyundurublar.
Hüquq müdafiəçiləri Xersondakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilən təxminən 30 qadını müəyyən edə biliblər. İşgəncə görən qadınlar arasında Xerson vilayətinin Patrul Polis İdarəsinin keçmiş əməkdaşı Olqa Qonçevskaya da olub.
Qadın iddia edir ki, o, əri ilə birlikdə Xersonda 1,5 aydan çox müddətə müvəqqəti saxlama təcridxanasında saxlanılıb. Həmkarının xəbərdarlığı ilə oradan çıxa bilib. Ruslar onun Ukrayna hüquq-mühafizə orqanlarında işləməsi ilə bağlı məlumatı öyrənmək üçün onu hədələyib, təqib edib və işgəncə veriblər.
O, iddia edir ki, ötən il avqustun sonunda təhsilini başa çatdırmaq və Ukrayna Silahlı Qüvvələrində xidmətə başlamaq üçün müvəqqəti işğal altında olan Xersonu tərk etməyi planlaşdırdığı gecə saxlanılıb.
Ruslar onu müvəqqəti saxlama təcridxanasına gətirəndə on nəfərə yaxın işğalçı binanın dəhlizində onu mühasirəyə alıb zorlayacaqları ilə hədələyiblər.