Tula yaxınlığında beşmərtəbəli binada məişət qazının partlaması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
Daha iki nəfər yaralanıb. Mash Telegram kanalının məlumatına görə, partlayışdan məhəllədəki uşaq bağçası da zərər çəkib - orada pəncərələr qırılıb, uşaqlardan heç biri xəsarət almayıb.
Hadisə Tula vilayətinin Yefremov şəhərində baş verib. Əvvəlcə təcili yardım xidmətləri dörd nəfərin öldüyünü bildirib. Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından bir uşaq da daxil olmaqla bir neçə nəfəri çıxarıblar.