Qubada motoblokla avtomobilin toqquşması 1 nəfərin həyatına son qoydu
18 noyabr 2025 20:33 (UTC +04:00)

Qubada motoblokla avtomobilin toqquşması 1 nəfərin həyatına son qoydu

0

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu  gün axşam saatlarında Quba-Xaçmaz  yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib  və “Vaz-2107” markalı avtomobilə çırpılıb.

O, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H. Osmanovun idarə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

E. Abbasov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, tibb müəssisəsində  ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar