Kilisdə qonşuların parklama mübahisəsi qətllə nəticələnib. Mübahisə davaya çevrildikdən sonra polis məmuru qonşusunu tapança ilə vurub.
Lent.az Türkiyə mediasıan istinadən məlumat verir ki, mübahisə zamanı Mahmut Y. əlindəki silahla Ötenə atəş açıb. Qonşular hadisə yerinə təcili yardım çağırsalar da, yaralının həyatını qurtarmaq mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.