Qızının ölümünə dözməyən kişi özünü asdı
05 mart 2025 21:51 (UTC +04:00)

Qızının ölümünə dözməyən kişi özünü asdı

Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.

Lent.az xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə aşkar olunub. İlkin araşdırma zamanı B. Hüseynovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Əldə olunan məlumata görə, B. Hüseynovun ailə quraraq rayonun Qandax kəndində köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Yaxınları övladının vaxtsız dünyasını dəyişməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8408

Oxşar yazılar