Nijni Novqorod vilayətinin Arzamas şəhərində 23 yaşlı azərbaycanlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinərək saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, cinayət aprelin 4-də taksi sürücüsü tərəfindən 19 yaşlı qıza qarşı törədilib. Əvvəllər onlar bir-birlərini tanımayıblar.
Gənc azərbaycanlıya qarşı Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsinin 1-ci hissəsi (seksual xarakterli digər hərəkətlər) ilə ittiham irəli sürülüb.