Qısqanc kişi dostu ilə yatan  arvadını çarpayıda   yandırdı
16 aprel 2024 18:49 (UTC +04:00)

Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı

Udmurtiyanın Qlazov şəhərində kişi qısqanclıq zəminində arvadının yatdığı çarpayıya od vurub və qadın yanaraq ölüb.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, onların 37 yaşlı Aleksey dostları olan Andery və Svetlana cütlüyünə baş çəkməyə gəlib. Dostlar ziyafət təşkil ediblər. Spirtli içki qəbul edərkən hər üçü güclü alkoqol sərxoşluğundan yuxuya gediblər.

Bir müddət sonra ailə başçısı yuxudan ayılıb və görüb ki, qonşu otaqda arvadı onların qonağı ilə bir çarpayıda yatıb. Kişi qısqanclıq zəminində çarpayıya od vurub.

Yanğın qısa zamanda bütün evi əhatə edib. Ailə dostu vaxtında ayılaraq yanan mənzildən çıxa bilib. Evli cütlük içəridə qalıb. Nəticədə ər-arvad sağ qalmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4266
avatar

Oxşar yazılar