Qəbələdə  əcnəbi turistlər   qəzaya düşdü, yaralılar var
04 avqust 2025 18:48 (UTC +04:00)

Qəbələdə əcnəbi turistlər qəzaya düşdü, yaralılar var

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb, yaralılar var

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar