Qəbələdə kişi itkin düşüb.
Lent.az xəbər verir ki, rayon sakini 49 yaşlı Həmidov Səyavuş İbrahimxəlil oğlu noyabrın 29-da şəhər ərazisində işlətdiyi “Ucuzluq” adlı mağazasından çıxaraq, naməlum istiqamətdə gedib.
Artıq 4 gündür onun axtarışları davam edir. S. Həmidovun dağlıq-meşəlik ərazidə itkin düşməsi də ehtimal edilir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki ragional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.