Qazinin polis postunda  ürəyi getdi - VİDEO
18 aprel 2025 11:26 (UTC +04:00)

Qazinin polis postunda ürəyi getdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda dayanan “Hyundai” markalı avtomobilin sürücüsü –Taleh  Əsədov qəza dayanma işıqlarını yandırıb və aramsız səs siqnalı verməklə kömək çağırıb.

BDYPİ-dən Lent.az-a verilən xəbərə görə, Yol Patrul Xidməti Alayının əməkdaşları avtomobilə yaxınlaşarkən artıq huşsuz vəziyyətdə olan sürücüyə dərhal ilkin tibbi yardım göstərilib və əraziyə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya vaxtında çatdırılması təmin edilib.

Şəhid övladı, qazi Taleh Əsədov xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, bu səbəbdən yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2578

Oxşar yazılar

Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54