Qaxda "Jiquli" ağaca çırpıldı, sürücü öldü
30 dekabr 2025 09:29 (UTC +04:00)

Qaxda "Jiquli" ağaca çırpıldı, sürücü öldü

0

Qaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gecə saat 1 radələrində Qax rayonu ərazisində qeydə alınıb.

“VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 40 yaşlı Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar