"Qaqaş" ləqəbli azərbaycanlı Rusiyada həbs edildi - İnterpoldan ƏMƏLİYYAT
19 iyul 2024 15:15 (UTC +04:00)

"Qaqaş" ləqəbli azərbaycanlı Rusiyada həbs edildi - İnterpoldan ƏMƏLİYYAT

İnterpol beynəlxalq axtarışda olan azərbaycanlını həbs edib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə beynəlxalq axtarışda olan, 1982-ci il təvəllüdlü İframin Abdullayev Rusiya Federasiyasında tutulub.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür. 

Qeyd edək ki, "Qaqaş" ləqəbli İframin Abdullayev bundan əvvəl də dələduzluqda ittiham olunaraq həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3816
avatar

Oxşar yazılar