Ordumuzun əsgəri vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Laçın rayonunda qeydə alınıb.
6 ayın əsgəri Salahov Əkrəm Asim oğlu naməlum şəraitdə dünyasını dəyişib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev Lent.az-ın sorğusuna cavabında faktı təstiqləyib.
Firad Əliyev
Bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.