NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı
01 may 2024 23:10 (UTC +04:00)

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

Naxçıvanda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Lent.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bayramova Şəhla Muxtar qızı həyətində ocaq qalamaq üçün benzindən istifadə edib.

Bu zaman ehtiyatsızlıqdan yandırıcı maye onun üzərinə tökülüb və xəsarətlər alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2943
avatar

Oxşar yazılar