Mayın 31-də saat 19 30 radələrində Naxçıvan MR Şərur rayon Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci iı təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.