Rusiyada az yaşlı uşaq 18-ci mərtəbədən yıxılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk şəhərində baş verib.
Yuxudan oyanan uşaq pəncərəyə yaxınlaşaraq onu açıb və yerə yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları göndərilib. Uşaq hazırda xəstəxanada müalicə alır.
Hazırda faktla bağlı araşdırma aparılır.