Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, şəhər sakini olan Elşad Məmmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən, 26 yaşlı Əvəz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
9 oktyabr, saat: 19:49
Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə bu gün gecə saatlarında Mingəçevir şəhəri ərazisində qeydə alınıb.
44 yaşlı Elşad Məmmədov kəsilmiş-deşilmiş xəsarətlər alıb. Polis əməkdaşları əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görür.