Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olanların sayı açıqlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 2020-ci il noyabrın 10-dan bu günədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.