Sumqayıtda mənzildə 59 yaşlı kişi meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə “Yaşıldərə” adlanan yaşayış massivində qeydə alınıb.
Xanoğlan Əvəz oğlu Məmmədovun meyiti yaşadığı fərdi evdə aşkar olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.