Mədəniyyət nazirinin müavinləri işdən çıxarıldı - YENİ TƏYİNAT
01 mart 2023 16:20 (UTC +04:00)

Mədəniyyət nazirinin müavinləri işdən çıxarıldı - YENİ TƏYİNAT

Mədəniyyət nazirinin iki müavini işdən kənarlaşdırılıb.

Lent.az-ın məlumatına görə, nazirin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Oxşar yazılar