Masazırda əməliyyatlar zamanı 13 nəfər  saxlanıldı-VİDEO
08 may 2026 20:39 (UTC +04:00)

Masazırda əməliyyatlar zamanı 13 nəfər saxlanıldı-VİDEO

0

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan  ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1562

Oxşar yazılar