Masallıda QƏZA:  Motosiklet elektrik dirəyinə çırpıldı
23 avqust 2023 11:08 (UTC +04:00)

Masallıda QƏZA: Motosiklet elektrik dirəyinə çırpıldı

0

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Masallı-Qızılağac yolunun rayonun Viləş kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, 1969-cu il təvəllüdlü Masallı rayonu Qızılağac kənd sakini Əmənov İltifat Bəxtiyar oğlu sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi olmadan motosikletlə hərəkət edərkən idarəetməni itirib. Nəticədə motosiklet yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü İltifat Əmənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1558

Oxşar yazılar