Narkotikə görə saxlanılanlar
23 dekabr 2021 12:08 (UTC +04:00)

Narkotikə görə saxlanılanlar

Lənkəranda xüsusi ƏMƏLİYYAT: 13 nəfər tutuldu

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlara qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini Faiq Əlizadə olduğu müəyyən edilib və  saxlanılıb. F.Əlizadənin üzərindən və yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. 

Son vaxtlar keçirilən ardıcıl əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – X.Rzayev, C.Qurbanov, E.Qəmbərli, R.Abıyev, M.Kazımov, F.Kazımzadə, N.Balayev, R.Tağıyev, E.Qəribov, R.Nuriyev və B.Muradov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.

# 1584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar