Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
12:34
Lənkəranda gənc oğlan süni göldə boğularaq ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.
Kənd sakini 18 yaşlı Tohid Ələsgərov sahəni suvarmaq üçün süni gölün ətrafında gəzərkən, ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.