Kiyevdə dəhşətli cinayət baş verib. Kişi qadını zorlayaraq öldürüb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Kiyevdə qadını vəhşicəsinə zorlayaraq öldürən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Kiyevin Svyatoşinski Rayon Məhkəməsinin hökmündə qeyd edilir.
İstintaqın məlumatına görə, faciə 2024-cü il avqustun 23-də Kiyevin İvan Dzyuba küçəsində baş verib. Kişi və qadın cinsi əlaqədə olduqları meşə zolağında istirahət ediblər. İkinci dəfə kişi cinsi əlaqəyə girə bilməyib. O, balqabaq götürüb və onunla qadına vəhşicəsinə təcavüz edib. Bundan sonra o, qadını öldürüb.
Prosesdə təqsirləndirilən şəxs günahını etiraf edib. O, qurbanını tanıdığını deyib. Həmin gün onlar meşə zolağında dincəlib və cinsi əlaqədə olublar.
Onun sözlərinə görə, cinsi əlaqədən sonra qadın yenidən yaxınlıq istəyib, lakin kişi buna nail ola bilməyib. Sonra o, balqabağı götürüb və qadının razılığı olmadan onu vəhşicəsinə zorlayıb, sonra isə onu “cinsi orqanından tutduğuna” görə öldürüb.