İt 64 yaşlı sahibini parçaladı
19 avqust 2025 13:43 (UTC +04:00)

İt 64 yaşlı sahibini parçaladı

Rusiyanın İrkutsk vilayətində ev iti 64 yaşlı sahibini öldürüb və onun 88 yaşlı anasına xəsarət yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Usolski rayonunun Telma qəsəbəsində, fərdi evin həyətində baş verib. Kişi itinə su verərkən heyvan qəfil aqressiya göstərib. Hadisəyə mərhumun anası və qardaşı şahid olub, onların sayəsində it qovulub.

Yaralılar xəstəxanaya yerləşdirilib, lakin kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisədən sonra heyvan yatızdırılıb. Usolie-Sibirsk prokurorluğu isə prosessual yoxlamanın gedişini nəzarətə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar