İrandan PUA ilə  narkotik keçirmək istəyənlər tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
24 mart 2025 09:39 (UTC +04:00)

İrandan PUA ilə narkotik keçirmək istəyənlər tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, mart ayının 21-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb.

Abşeron rayonu, Saray qəsəbə sakinləri – 25 yaşlı Qurbanov İlqar Nuhbala oğlu və 40 yaşlı Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1891

Oxşar yazılar

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

11 avqust 2025 , 20:19
Bakıda evdən çürümüş meyit  TAPILDI

Bakıda evdən çürümüş meyit TAPILDI

11 avqust 2025 , 19:28
58 yaşlı yazıçı dənizdə boğuldu

58 yaşlı yazıçı dənizdə boğuldu

11 avqust 2025 , 19:24
Bakıda parkda ÖLÜM

Bakıda parkda ÖLÜM

11 avqust 2025 , 18:13
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

11 avqust 2025 , 16:14
Ağdaşda 2 yaşlı  qız hündürlükdən YIXILDI

Ağdaşda 2 yaşlı qız hündürlükdən YIXILDI

11 avqust 2025 , 15:53
Uşaq beşinci mərtəbədən yıxılıb öldü

Uşaq beşinci mərtəbədən yıxılıb öldü

11 avqust 2025 , 14:46
Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

11 avqust 2025 , 14:35