İrandan gələn yük avtomobilində külli miqdarda narkotik tapılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Biləsuvar Gömrük İdarəsində İrandan ölkəmizə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.
Xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.