Muşda evinə girən inəklərə etiraz edən 70yaşlı Ömər Y. dava zamanı döyülərək öldürülüb.
Hadisə ilə bağlı biri əmisi oğlu olan iki şübhəli saxlanılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, iddiaya görə, Varto mahalının Buzluqözə kəndinin Yıldızlar obasında; Ömər Y. əmisinin oğlu 50 yaşlı Kerem Y.-yə məxsus inəklərin evinə girdiyini söyləyərək etiraz edib.
İki nəfər arasında dava düşüb. Ömər Y. aldığı zərbələr nəticəsində həyatını itirib. Kerem Y. və adı məlum olmayan 1 nəfər nəzarətə alınıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.