İlqar Hacıyev prokurorluğa çağırıldı:  milyonlarla  dələduzluqda ittiham olunur
16 mart 2025 20:12 (UTC +04:00)

İlqar Hacıyev prokurorluğa çağırıldı: milyonlarla dələduzluqda ittiham olunur

İlqar Hacıyev prokurorluğa çağırılıb.

Lent.az-ın məlumatına görə, bu barədə qanunvericiliyə uyğun olaraq İTV məlumat yayıb. 

Təqsirləndiirlən şəxs İlqar Hacıyev aprelin 15-də saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qeyd olunub ki, İlqar Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə  təqsirləndirilir. O, istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqla 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hacıyev İlqar Allaz oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3896

Oxşar yazılar

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56
Bakıda DƏHŞƏT:  27 yaşlı oğlan 15-ci mərtəbədən yıxılıb öldü

Bakıda DƏHŞƏT: 27 yaşlı oğlan 15-ci mərtəbədən yıxılıb öldü

8 avqust 2025 , 09:33
Bakıda motel yandı -VİDEO

Bakıda motel yandı -VİDEO

8 avqust 2025 , 09:19
Ağstafada AĞIR QƏZA:  yaralılar var

Ağstafada AĞIR QƏZA: yaralılar var

8 avqust 2025 , 09:05