İlanın sancdığı hamilə qadın ana oldu
07 noyabr 2024 11:40 (UTC +04:00)

İlanın sancdığı hamilə qadın ana oldu

Bir müddət əvvəl 7 aylıq hamilə qadının ilan sancması səbəbilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi elə KTM-də dünyaya gəlib.

Lent.az xəbər verir ki, 31 oktyabr tarixində Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub.

Daxil olduğu gündən noyabrın 6-sı tarixinə qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.

6 noyabr tarixində ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.

Əməliyyat, həkim mama-ginekoloq Nailə Abbaslı tərəfindən uğurla icra olunub.

Çəkisi 3 kq, boyu 51 sm olan uşaq (kişi cinsli) dünyaya gəlib.

Hazırda ananın və körpənin vəziyyəti kafidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Ləman Sərraf

Oxşar yazılar