Sabirabad rayonunda iki qardaş əlbir olub mağazalardan oğurluq edib.
Lent.az-a bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, narkotik vasitə ilə tutulan B.Bəşirovun ətrafında Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Bu zaman onun qardaşı əvvəllər məhkum olunmuş T.Bəşirovla birgə rayon ərazisində 2 mağazadan pul və 840 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub. T.Bəşirov saxlanılıb. Onun bir ticarət obyektindən 130 manat pul oğurlaması da müəyyən olunub.